-
- 31-07-2024, 23:40
- 328
Borclu olduğu satıcını güllələdi
Türkiyədə baqqal işləyən Y.Y. alış-verişə gələn E.Ü.O.-dan nisyə dəftərindəki borclarını ödəməsini istəməsi ilə mübahisə yaranıb.
News24.az xəbər verir ki, E.Ü.O. ərzaq mağazasından çıxıb, bir müddət sonraY.Y.-nin evinin yerləşdiyi küçəyə gəlib. E.Ü.O. ərzaq mağazasını işlədən Y.Y. və onunla birlikdə olan A.K. və K.K-ya tapançadan atəş açıb.
Güllələrdən 3 nəfər yaralanıb, şübhəli avtomobillə qaçıb.
Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya çatdırılan yaralılara tibbi yardım göstərilib. Şübhəli polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Günel Məlikzadə