Polşa Belarusla sərhəddə HƏRBİ ƏMƏLİYYATA BAŞLADI
    • Bu gün, 09:49
    • 80

Polşa Belarusla sərhəddə HƏRBİ ƏMƏLİYYATA BAŞLADI

Polşa Belarusla şərq sərhədində “Hava şəfəqi” kod adlı hava hücumundan müdafiəni (hava hücumundan müdafiə) gücləndirmək üçün əməliyyata başlayıb. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda əməliyyatın bu gündən başlayacağı və əsas məqsədi ölkənin hava məkanını, onun sərhədlərini qanunsuz pozan obyektlərdən qorumaq olduğu qeyd olunub. Dronlar üçün xarakterik olan “alçaq və çox aşağı hündürlüklər də daxil olmaqla qeyri-qanuni sərhəd pozuntularına yol verən obyektlərə” xüsusi diqqət yetiriləcəyi dəqiqləşdirilib.

Əməliyyat sərhədin pozulma riskinin daha yüksək olduğu şərq və şimal-şərq sərhədlərini əhatə etməli olduğu bildirilib. 

Qeyd edək ki, “Hava şəfəqi” əməliyyatının koordinasiyasına ölkənin Silahlı Qüvvələrinin operativ komandanlığı cavabdeh olacaq. 


Məryəm İlhamqızı