"Azərbaycana qanunsuz formada dronların keçirilməsinin qarşısı alındı" - DSX
    • 1-05-2023, 15:48
    • 177

"Azərbaycana qanunsuz formada dronların keçirilməsinin qarşısı alındı" - DSX

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin aprel ayı ərzində Azərbaycana qanunsuz formada dronların keçirilməsinin qarşısı alınıb.

Bu barədə News24.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri 28 milyon 565 min 509 manat оlan qaçaqmal, о cümlədən 9 mm-lik tapança patronları, video-çəkilişlərin aparılması üçün nəzərdə tutulan dronlar, qızıl-zinət əşyaları, narkotik vasitə və tütün məmulatları saxlanılıb.