Seçkilərə 10 gün qaldı! Bu gündən qadağalar başlayır
    • 4-05-2023, 10:51
    • 185

Seçkilərə 10 gün qaldı! Bu gündən qadağalar başlayır

14 may Türkiyədə keçiriləcək prezident seçkiləri üçün qadağalar bu gündən başlayır.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə gününə on gün qalmış yazılı, şifahi və vizual media vasitəsi ilə mini-referendum adı altında namizədin lehinə və ya əleyhinə, yaxud da vətəndaşların səsinə təsir edəcək hər hansı yayım və ya yayımlar aparılmayacaq.
Bu müddət xaricində ölkədə ediləcək ictimai rəy sorğuları, sorğular, proqnozlar və mini referendumlar kimi nəşrlər qərəzsizlik, həqiqət və dəqiqlik prinsiplərinə hörmət edilməli olacaq.

Xaricdə ictimai rəy sorğuları, sorğular, proqnozlar və mini referendumlar kimi nəşrlər hazırlanmayacaq. İctimai rəy sorğuları və sorğuların dərci zamanı araşdırmanın hansı təşkilat tərəfindən aparıldığını, subyektlərin sayını və tədqiqatın kim tərəfindən maliyyələşdirildiyini açıqlamaq lazım gələcək.

Bu qaydaların hər hansı pozuntusu aşkar edildikdə, bu barədə Baş Prokurorluğa, Radio və Televiziya Ali Şurasına, İnformasiya Texnologiyaları və Rabitə Qurumuna və Giriş Provayderləri Assosiasiyasına məlumat veriləcək.

YSK-nın elan etdiyi qadağalar aşağıdakılardır:

Seçki günü saat 06:00-dan 24:00-dək spirtli içkilərin satışı qadağan ediləcək.

Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olanlardan başqa heç kim silah daşıya bilməyəcək.

Seçki günü bütün ictimai əyləncə yerləri bağlı olacaq.


Aynurə