İlon Maskdan nəhəng layihə: Daha tıxac olmayacaq - FOTOLAR
    • 4-05-2023, 15:25
    • 297

İlon Maskdan nəhəng layihə: Daha tıxac olmayacaq - FOTOLAR

İlon Mask ABŞ-ın Las-Veqas şəhərində 105 kilometrlik nəhəng layihə üzərində iş aparır.

News24.az xəbər verir ki, artıq Maska məxsus “The Boring Company” şirkəti nəqliyyat probleminə son qoyacaq tunel üzərində işlərə başlayıb. Belə ki, 105 kilometr uzunluğunda olan "Vegas Loop" layihəsi 51 stansiyadan ibarət olacaq və şəhərin mərkəz hissələrini birləşdirəcək. Bu layihə ilə İlon Mask yol problemini kökündən həll etməyi hədəfləyir.

İlon Mask bu tunel şəbəkəsini daha 40 kilometr genişləndirəcəyini və 18 yeni stansiya əlavə edəcəyini açıqlayıb. Artıq yeraltı nəqliyyat sisteminin dizaynı da tətbiq edilib.

Aynurə