Hacı Şahin Həsənlinin sosial şəbəkə hesabları barədə məlumat YAYILDI
    • 4-05-2023, 16:55
    • 219

Hacı Şahin Həsənlinin sosial şəbəkə hesabları barədə məlumat YAYILDI

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, mərhum din xadimi Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları fəaliyyətini davam etdirəcək.

News24.az xəbər verir ki, bu barədə mərhumun sosial hesabında məlumat paylaşılıb.

Paylaşımda deyilir:

"Çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları mərhumun elmi-mənəvi irsinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. Məşədi Dadaş məscidinə yeni təyinatla bağlı olaraq, məsciddəki tədbirlərin işıqlandırılması isə bizə aid deyil".