Gədəbəydə ağır qəza: ölən var
    • 8-05-2023, 13:01
    • 249

Gədəbəydə ağır qəza: ölən var

Gədəbəydə ağır yol qəzası baş verib.

News24.az-ın xəbərinə görə, mayın 7-də saat 19 radələrində Gədəbəy rayonunun Qarıkənd kəndi ərazisində yolun sol kənarında avtomobil boş sahəyə aşıb.

Qəza nəticəsində sürücü - 1945-ci il təvəllüdlü Əmrah İsrəfilov RMX-da ölüb. Avtimobildə olan digər sərnişin Z.İsrəfilova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Gədəbəy RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Taleh BAĞIROV