Gəncədə ağır qəza: Sürücü öldü - FOTO
    • 14-05-2021, 18:18
    • 511

Gəncədə ağır qəza: Sürücü öldü - FOTO

Gəncədə sürücü idarə etdiyi "BMV" markalı avtomobili aşırıb.

Qəza şəhərin Gülüstan qəsəbəsində baş verib.
Hadisə zamanı Rəsul adlı sürücü hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Vahid Səyyadov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, vəziyyəti ağırdır. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib və avtomobil səkiyə çırpılaraq aşıb. /Axar.az/