!["Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir..."](/uploads/posts/2023-05/1684568172_64685a5ae5620202305232754.jpg)
-
- 20-05-2023, 11:36
- 691
"Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir..."
News24.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib.
![](https://ssl.moderator.az/file/articles/2023/05/18/1684432371_e09567a3-2ef3-4d74-bc76-3a43dd36e1fa.jpg)
“Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə, övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir (kövrəlir)” deyə sənətkar bildirib.
Elmira İsmayılova bildirib ki, gəlini, Əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir.
![](https://ssl.moderator.az/file/articles/2023/05/18/1684432341_58536d0a-d9bb-4b84-95f1-07e0fba69033.jpg)
“Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir” deyə Xalq artisti bildirib.