Türkiyənin prezidenti o olacaq - SON NƏTİCƏLƏR
    • 22-05-2023, 10:37
    • 286

Türkiyənin prezidenti o olacaq - SON NƏTİCƏLƏR

Türkiyədə prezident seçkilərinin II turunda hansı namizədin seçiləcəyinə dair rəy sorğularının nəticələrinin açıqlanması davam edir.

News24.az xəbər verir ki, seçkilərin birinci turunu doğru proqnozlaşdıran şirkətlərdən biri olan “AREDA Survey” ikinci turun sorğu nəticələrini açıqlayıb.

Nəticələrə görə, Ərdoğan öndədir:

Rəcəb Tayyib Ərdoğan: 52,4%
Kamal Kılıçdaroğlu: 47,6%

Fərq: 4,8%
Birinci turda fərq: 4,6%

“AREDA Survey” bu araşdırmanı 20-21 may 2023-cü il tarixlərində 10 491 nəfərlə müsahibə apararaq həyata keçirdiyini açıqlayıb. “AREDA” 14 mayda keçirilən seçkilərin birinci turu öncəsi dərc etdiyi sorğuda bu nəticələri açıqlamışdı: Rəcəb Tayyib Ərdoğan: 51,3%; Kamal Kılıçdaroğlu: 44,2%; Sinan Oğan: 3,9%; Məhərrəm İncə: 0,6%

“AREDA Survey”-dən bildirilib ki, xarici səslərin təsiri sözügedən nəticələrə daxil edilməyib. Qeyd edək ki, 14 may seçkilərində Ərdoğan xarici səslərdə Kılıçdaroğlundan 320 min çox səs toplayıb.

Turan