Ermənilərin “rusları ölkədən qovun” çağırışına Moskvadan REAKSİYA
    • 22-05-2023, 13:11
    • 201

Ermənilərin “rusları ölkədən qovun” çağırışına Moskvadan REAKSİYA

“Mən bilirəm ki, Qərb ermənilərə siqnallar göndərir: “Bizə gəlin, rusları öz ərazinizdən qovun, həm sərhədçiləri, həm də hərbi bazanı, amerikalılar təhlükəsizliyinizi təmin etməyə kömək edəcəklər”,.

News24.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində deyib.

Rusiya diplomatiyasının rəhbəri müsahibəsində KTMT missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı müzakirələrə də toxunub.

“2022-ci ilin payızında təşkilatın İrəvanda keçiriləcək sammiti ərəfəsində sənəd hazırlanıb və bu sənədə əsasən, erməni müttəfiqlərimizin xahişi ilə Ermənistan ərazisində KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi nəzərdə tutulurdu. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılıb. Sonradan, son anda, sammit zamanı erməni dostlarımız onun qəbulunu təxirə salmağı xahiş etdilər. Hələlik layihə kağız üzərində qalıb və həyata keçirilməyə hazırdır. Amma əgər İrəvan artıq razılaşdırılmış şeyi təsdiqləsə və imzalamağa hazır olsaydı, əminəm ki, Ermənistan daha əlverişli mövqedə olardı və daha sabit vəziyyət olardı”, - Lavrov qeyd edib.

Bir müddət əvvəl mətbuat konfransında yuxarıda qeyd olunanlarla bağlı jurnalistlərin suallarını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan belə cavab verib: “Rusiya xarici işlər nazirinin sözləri ilə bağlı sözlərinizin nə dərəcədə düzgün olduğunu bilmirəm, lakin sizin sitatınıza əsaslanaraq deyə bilərəm ki, KTMT missiyası sadə səbəbdən Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməyəcək. Bunun səbəbi, təsəvvür etdikləri ərazinin hansı olduğunu göstərməmələridir. Əsas sual budur. KTMT bunu vurğulayanda problemlərin 90 faizi aradan qalxacaq. Bizdən uzaqlaşmaq, münasibəti pozmaq üçün heç bir təkan yoxdur. Baxmayaraq ki, bu baxımdan sitatınızın nə dərəcədə düzgün olduğunu hələ də bilmirəm”.

Turan