Ördəklərin yolu keçməsinə kömək edərkən öldü
    • 23-05-2023, 09:56
    • 125

Ördəklərin yolu keçməsinə kömək edərkən öldü

ABŞ-da 41 yaşlı Casey Rivara adlı şəxs Sakramentodan təxminən 40 kilometr şimal-şərqdə yerləşən Rocklin qəsəbəsində ördəklərin avtomobil yolunu keçməyə çalışdığını görüb.

News24.az
xəbər verir ki, Rivara idarə etdiyi avtomobildən enərək ördəklərə kömək etmək istəyib. 

Bu zaman eyni yolda hərəkət edən digər sürücü Casey Rivaranı maşınla vurub. 

41 yaşlı şəxs hadisə yerində ölüb. 

Rocklin Polis İdarəsi heç kimin həbs edilmədiyini və hadisənin hələ də araşdırıldığını bildirib. /NTV Türkiye/