Ceyhun Sultanov Ramil Şeydayevi qınayıb: Pula önəm verir
    • 24-05-2023, 17:03
    • 338

Ceyhun Sultanov Ramil Şeydayevi qınayıb: Pula önəm verir

“Tailand çempionatına yollanmaq qərarı vermək, pul qazanmaq üçün getmək deməkdir”.

News24.az xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Bir müddət "Neftçi"nin idman direktoru kimi çalışmış futbol veteranı yığmamızın və “Qarabağ”ın hücumçusu Ramil Şeydayevin karyerasını Tailandda davam etdirmək qərarına münasibət bildirib: “Ramil Şeydayev Tailandı seçirsə, demək ki, əlbəttə pula önəm verir. Bəlkə də, bunu etmək də bir az tez addımdır. Çünki bunu nə vaxtsa etmək üçün zamanı var idi. "Qarabağ"da qalıb, daha yaxşı olduğunu sübut etdikdən sonra gedib sonda pul qazanmağı düşünə bilərdi”.

Sultanov Misli Premyer Liqasının bombardirinin belə addım atmasını pulla əlaqələndirib: “Amma futbolçu ömrü az olur. Tailanda getməyə qərar veribsə, demək ki, belə məsləhət bilib. Gələcəkdə nə fikirləşir, nə düşünür, bunu biz deyə bilmərik. Ancaq bugünkü gündə Tailand çempionatına yollanmaq qərarı vermək, pul qazanmaq üçün getmək deməkdir".

Qeyd edək ki, Şeydayev Premyer Liqanın 35 matçında 22 dəfə rəqib qapısına yol tapıb.