Çevik Polis Alayının manqa komandiri zəhərlənərək ÖLDÜ
    • 25-05-2023, 10:15
    • 125

Çevik Polis Alayının manqa komandiri zəhərlənərək ÖLDÜ

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.