Gecə xəlvətcə qızın evinə girdi - Xırdalanda şok hadisə
    • 25-05-2023, 11:42
    • 222

Gecə xəlvətcə qızın evinə girdi - Xırdalanda şok hadisə

Mayın 20-də Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edən 24 yaşlı qız cinsi təcavüzə məruz qaldığını bildirib.

News24.az-ın əldə etdiyi məlumata görə, Xırdalan şəhər sakini 24 yaşlı Natavan Səmədova (ad və soyad şərtidir) həmin gün saat 04 radələrində Samir adlı şəxsin ona təcavüz etdiyini bildirib.

N.Səmədova Samirin onun yaşadığı evə gələrək əvvəlcə fiziki təzyiq göstərərək onu döydüyünü, daha sonra isə zorladığını bildirib.
Müraciətlə bağlı Abşeron RPİ-də araşdırma aparılır.

Zəruri ekspertizalar təyin edilib.

Taleh BAĞIROV