Rusiya niyə Ukraynada müharibəyə başlayıb? – Çin “səbəb”ini tapdı
    • 26-05-2023, 21:20
    • 166

Rusiya niyə Ukraynada müharibəyə başlayıb? – Çin “səbəb”ini tapdı

“Ukraynadakı böhranın səbəbi Avropada təhlükəsizliyin idarə olunması ilə bağlı problemlərdir”.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

“Ukrayna böhranı qarşısı alına bilən faciədir. Amma bu gün olduğu yerə çatıb. Bütün tərəflərin ciddi şəkildə düşünməli olduğu ağrılı dərslər var. Ukrayna böhranı, əslində, Avropada təhlükəsizliyin idarə olunmasında yığılan problemlərin təzahürüdür”, - Çin rəsmisi bildirib.

Nin vurğulayıb ki, Pekin həmişə məsələnin mahiyyətindən çıxış edərək öz müstəqil qərarını verir: “Biz tarixin doğru - sülhün və dialoqun tərəfində möhkəm dayanırıq. Sülh danışıqlarının təşviqinə sadiq olmuşuq və belə də qalacağıq. Ukrayna böhranının siyasi həllinin axtarışında konstruktiv rol oynamağa davam etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq”.




/ Teleqraf.com/