Rasim Balayevdən Elxan Qasımovla bağlı TƏSİRLİ SÖZLƏR
    • 30-05-2023, 11:36
    • 651

Rasim Balayevdən Elxan Qasımovla bağlı TƏSİRLİ SÖZLƏR

“Hazırda danışmaq çox çətindir. Çünki kino işçisi ilə yanaşı, həm də Elxan Qasımovun şəxsində yaxın dostumu itirmişəm. Dost itirmək çox ağırdır”.

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rasim Balayev ötən gün dünyasını dəyişən əməkdar artist Elxan Qasımov haqda danışarkən deyib.

“Biz sədaqətli kino işçisini, dostumuzu itirmişik. Elxan həm aktyor, həm də rejissor idi. Onun iki böyük filmində çəkilmişəm. Biz onunla dost olmuşuq. Elxan çox yaxşı insan idi. O, çox insana yaxşılıqlar edib, çətin günündə hər kəsin əlindən tutub. Gözəl sənəti ilə yanaşı, həm də həm də çox yaxşı xarakterə, insani keyfiyyətlərə sahib idi. O sənət adamlarına daim  dəstək olub. Allah rəhmət eləsin”, - R.Balayev söyləyib.

Qeyd edək ki, Elxan Qasımov aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bir müddət idi ki, reanimasiya şöbəsində müalicə olunan əməkdar artist ötən gün dünyasını dəyişib. O, Xırdalan qəbristanlığında dəfn olunacaq.

Qumral Əliyeva