Sinif yoldaşları ilə çimməyə gedən yeniyetmə çayda boğuldu - VİDEO
    • 31-05-2023, 15:52
    • 285

Sinif yoldaşları ilə çimməyə gedən yeniyetmə çayda boğuldu - VİDEO

Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin kimliyi bəlli olub.

Baku TV-nin məlumatına görə, 11 yaşlı Yusif Nuriyev çayda çimərkən dərinliyə düşüb.

Babasının sözlərinə görə, Yusif sinif yoldaşları ilə birlikdə çimməyə gedibmiş:

“Beş nəfər olublar. Yusif irəli gedib. Uşaqlar görüblər ki, batır, ağac uzadıblar, çatmayıb. Sinif yoldaşları da onu orada qoyub qaçıblar”.

Hazırda Yusif Nuriyevin axtarışları davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində: