Paşinyan Ankarada yunan naziri niyə təəccübləndirib? – “Dedim, ABŞ buradadır...”
    • 6-06-2023, 17:06
    • 399

Paşinyan Ankarada yunan naziri niyə təəccübləndirib? – “Dedim, ABŞ buradadır...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qazandığı qələbədən sonra iyunun 3-də Ankarada təşkil etdiyi mərasimə dünyanın bir çox ölkəsindən liderlər və rəsmilər qatılıb. Mərasimdə iştirak edən Yunanıstanın keçmiş naziri Dimitris Avramopulos ölkəsinə qayıtdıqdan sonra tədbirlə bağlı yunan televiziyalarına müsahibə verib.

News24.az
"Haber7"ə istinadla xəbər verir ki, Ərdoğanla dostluğu İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olduğu dövrə gedib çıxan Avramopulos bunları deyib: 

“Prezident Ərdoğanın qonağı olaraq orada idim. Ərdoğanla dostluğumuz illərdir qoxusunu itirməyən bir ətir kimidir. Ərdoğan yaxşısı və pisi ilə Türkiyənin təbii liderdir. Düşünürəm ki, o, siyasi səhnədən getmədən əvvəl adının həmişə xatırlanacağı işlər görmək istəyir”.



“NATO demək ABŞ deməkdir”

Mərasimin möhtəşəm keçdiyini qeyd edən Avramopulos Ermənistanın baş naziri Nikol Paşinyanı və Misirin xarici işlər naziri Semih Şükrini gördüyünə təəccübləndiyini bildirib. Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberqin də iştirak etdiyini bildirən Avramopulos, “NATO demək ABŞ deməkdir” – deyə qeyd edib.

Avramopulos Ərdoğanın yeni kabineti ilə bağlı da fikir söyləyib: “O, yüksək səviyyəli təhsilli şəxsləri təyin edib. Ərdoğan siyasətçiləri göndərib, müxtəlif əhəmiyyət kəsb edən şəxsiyyətləri təyin edib. Məsələn, o, 2015-ci ilə qədər Türkiyədə iqtisadi möcüzə yaradan Mehmet Şimşəki yenidən təyin etdi. Kabinetdəki adlar Türkiyədə nələrinsə dəyişəcəyindən xəbər verir”.

Türkiyə-Yunanıstan münasibətlərinə nikbin baxış

Sabiq nazir Türkiyə-Yunanıstan münasibətlərinə də toxunub: “Türkiyə-Yunanıstan münasibətləri üçün üfüqdə nikbinlik görünür. Fürsət pəncərəsi açılır, bundan yararlanmalıyıq. Yunanıstan Ərdoğanın Türkiyə ilə bağlı fikirlərinin reallaşmasında da rol oynaya bilər. Bizim Ərdoğanın Türkiyənin gələcəyi ilə bağlı baxışına etirazımız yoxdur. İstədiyimiz Türkiyənin Yunanıstana hörmət etməsidir. Keçmiş geridə qalıb, gələcəyə baxmalıyıq”.



Hakan Fidan ilə söhbət

Mərasimdə MİT rəhbərliyindən Xarici İşlər Nazirliyinə təyin olunan Hakan Fidan ilə söhbət etdiyini deyən keçmiş Yunanıstan naziri “Mənim təəssüratım odur ki, o, Türkiyənin Qərblə yaxınlaşmasını istəyir. Fidan Ərdoğanın güvəndiyi bir addır, inanıram ki, Qərbə yönələcək”, - deyə qeyd edib.

Akqabay