Qubada iki maşın toqquşdu, ölən var
    • 7-06-2023, 11:17
    • 179

Qubada iki maşın toqquşdu, ölən var

Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxsin Quba Mərkəzi Rayon Xəstəxanasının mühafizə xidmətinin əməkdaşı olduğu müəyyənləşib.

News24.az xəbər verir ki, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Elnur Kəlbiyev dünyasını dəyişib. Sahil İsayev adlı şəxs isə xəsarət alıb, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.