İrəvandan şok Rusiya qərarı: Bloklamağa başladılar!
    • 7-06-2023, 14:37
    • 143

İrəvandan şok Rusiya qərarı: Bloklamağa başladılar!

Sanksiya təhlükəsi ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq-Konq bankları Rusiya şirkətlərindən paralel idxal vasitəsilə tədarük edilən prosessorlar, mikrosxemlər və digər elektronika üçün ödənişləri bloklamağa başlayıb. 

News24.az xəbər verir ki, Bu barədə “Kommersant” elektronika bazarındakı mənbəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, tendensiya ABŞ-ın Rusiya Federasiyası ilə əməkdaşlıq edən banklara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin mümkünlüyünü nəzərdə tutan onuncu sanksiyalar paketinin tətbiqindən sonra müşahidə olunur. Rusiya hökumətinə yaxın olan digər mənbə nəşrə açıqlamasında deyib ki, ödənişlərin bloklanması yeni nəsil telekommunikasiya avadanlıqlarının, eləcə də məlumatların saxlanılması sistemləri və serverlərin tədarükünə təsir göstərir.

“Kommersant”ın həmsöhbətlərindən birinin sözlərinə görə, indi yerli şirkətlər “alternativ” kodlu elektronika istehsalı komponentlərini idxal etməli olacaqlar.

Akqabay