Culfada çay yatağından qum yığan şəxs saxlanıldı
    • 8-06-2023, 14:11
    • 200

Culfada çay yatağından qum yığan şəxs saxlanıldı

Qanunsuz olaraq çay yatağından qum-çınqıl yığan şəxs saxlanılıb.

News24.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan reyd-yoxlama zamanı Culfa rayonu Yaycı kənd ərazisində Xoşgəri çay yatağına baxış keçirilən zaman Culfa rayonu Yaycı kənd sakini Kərimov Asiman Məhərrəm oğlu özünə məxsus Belarus markalı ekskavatorla heç bir icazə sənədi olmadan, qanunsuz olaraq çay yatağından qum-çınqıl yığarkən saxlanılıb.

Yer təkindən qanunsuz istifadə etdiyinə görə barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib.