Azyaşlıya qarşı zorakılıq edən şəxs həbs edildi
    • 8-06-2023, 15:12
    • 191

Azyaşlıya qarşı zorakılıq edən şəxs həbs edildi

Bakının Suraxanı rayonunda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaqı Suraxanı rayon Polis İdarəsinin ostintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.