SOCAR Ukraynaya 20 ton yanacaq verdi
    • 10-06-2023, 13:55
    • 309

SOCAR Ukraynaya 20 ton yanacaq verdi

SOCAR Ukraynaya 20 ton yanacaq verib.

News24.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR tərəfindən Ukraynaya 20 ton yanacaq təmin edilib.