Tovuzda yol qəzasında xəsarət alan qadın Bakıya göndərildi
    • 11-06-2023, 15:31
    • 230

Tovuzda yol qəzasında xəsarət alan qadın Bakıya göndərildi

Tovuz rayonu, Aşağı Quşçu kənd ərazisində yerləşən çay evlərinin birinin qarşısındakı kütləvi davadan sonra baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 1998-ci il təvəllüdlü Babayeva Günay Mehman qızı Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

News24.az Report-a istinadla xəbər verir ki, avtomobildə olan digər yaralılar, 1994-cü il təvəllüdlü Əliyev Hüseyn Əli oğlu, 1991-ci il təvəllüdlü Tağıyev Tural Nazim oğlu və 2004-cü il təvəllüdlü Məmmədquluyev Sənan Zülfüqar oğlunun müalicəsi isə Tovuz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, mübahisə zəminində bıçaq xəsarəti alan 1997-ci il təvəllüdlü Xəyal Vahid oğlu İsmayılov olub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.