“Mançester Siti”nin məşqçisinin atası İstanbulda itdi
    • 11-06-2023, 15:52
    • 223

“Mançester Siti”nin məşqçisinin atası İstanbulda itdi

“Mançester Siti” klubunun məşqçilər heyətinin üzvü Enzo Mareskinin atası İstanbulda keçirilən final oyunu zamanı itib.

News24.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Hazırda Türkiyə polisinin onun axtarışlarını davam etdirdiyi bildirilir.

Qeyd edək ki, Mareska 2022-ci ildən “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın köməkçisi işləyir.