Şuşada basketbol izləmək... - Qurbanov
    • 12-06-2023, 23:14
    • 225

Şuşada basketbol izləmək... - Qurbanov

Basketbol mənim üçün maraqlı idman növlərindən biridir. Çoxdandır basketbolu canlı izləmirdim. Bu gün bu imkan yarandı. Mənim üçün çox xoş oldu ki, gözəl Şuşamızda belə bir yarışı izlədim.

News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov söyləyib.

Q.Qurbanov Şuşaya ilk dəfə gəldiyini və çox xoşbəxt olduğunu bildirib: “Şəhərin çox yerlərində oldum və Şuşanın necə gözəl olduğunu gördüm”.