30 yaşlı şəxs intihara cəhd etdi, sonra isə...
    • 14-06-2023, 13:49
    • 248

30 yaşlı şəxs intihara cəhd etdi, sonra isə...

Salyan rayonunda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb.

News24.az-ın məlumatına görə, intihara cəhd hadisəsi iyunun 11-də rayonun Xalac kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əkbərov Müşfiq Məhərrəm oğlu həmin günü sirkə turşusu içərək intihara cəhd edib.

M.Əkbərov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, M.Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.