Torosyandan Paşinyanla bağlı ŞOK AÇIQLAMALAR - “Özünə ağa axtarır...”
    • Dünən, 22:35
    • 69

Torosyandan Paşinyanla bağlı ŞOK AÇIQLAMALAR - “Özünə ağa axtarır...”

“Ermənistan müxtəlif güc mərkəzlərinin əlində primitiv küt alətə çevrilib. Bunun fonunda biz yeni ağrılı itkilər gözləməliyik, bu, qaçılmazdır”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin eks-spikeri, siyasi elmlər doktoru Tiqran Torosyan deyib.

“Beynəlxalq güc mərkəzləri Ermənistandan öz məqsədləri üçün istifadə edir. Ermənistan rəhbərliyinin ölkənin maraqlarını qorumaqdan imtina etdiyi bir şəraitdə hamı bundan istədiyi kimi yararlanacaq”, - deyə Torosyan bildirib.

Erməni siyasətçi Paşinyan iqtidarını sərt sözlərlə tənqid edib.

“Bu hakimiyyət nə əvvəl, nə indi, nə də son gününə qədər nə Qarabağ erməniləri (mətndə uydurma bir ad var - red.), nə də Ermənistan üçün nəsə edəcək. Beynəlxalq arenada onlar bir şeylə məşğuldurlar – ağa axtarmaq. Birincidən ikinciyə, sonra üçüncüyə qaçırlar, sonra birinciyə qayıdırlar və sonsuza qədər belə davam edirlər”, - deyə Tiqran Torosyan qeyd edib.

Revanşist siyasətçiyə görə, Paşinyan hakimiyyəti sülh müqaviləsinin imzalanmasına nail olsa belə, bu saziş Ermənistanın son təsliminin sənədinə çevriləcək.