Saç boyasından insan ölə bilərmi?
    • 15-06-2023, 16:17
    • 449

Saç boyasından insan ölə bilərmi?

Kimyəvi saç boyasına qarşı allergiya ən acınacaqlı nəticələrə, hətta ölümə də səbəb ola bilər.

News24.az xəbər verir ki, belə hallar nadir olsa da, tibb tarixində rast gəlinib. Belə ki, Şotlandiyadan olan 17 yaşlı qız saçlarını mağazadan alınan boya ilə boyayıb. 20 dəqiqədən sonra ürəyi bulanıb, huşunu itirib və xəstəxanada ölüb.

İngiltərə və ABŞ-da, eləcə də bəzi digər ölkələrdə saç boyasına allergiyadan sonra şiddətli hallarla qarşılaşanlar olub.