ABŞ əhalisinə kəskin soyuqla bağlı xəbərdarlıq edildi
    • 23-12-2022, 23:25
    • 202

ABŞ əhalisinə kəskin soyuqla bağlı xəbərdarlıq edildi

ABŞ əhalisinin yarıdan çoxu şiddətli soyuq və qar fırtınaları gətirəcək "partlayıcı siklon" barədə xəbərdarlıq edilib.

Milli Meteoroloji Xidmətin məlumatına görə, böyük Arktika partlayışı ölkənin əksər ərazilərində temperaturu təhlükəli səviyyəyə endirəcək, fırtınanın ən qarlı hissəsi hələ gözlənilmir.

Soyuq hava və fırtına demək olar, hər bir ştata bu və ya digər şəkildə təsir edir, sahildən sahilə 200 milyondan çox insan havanın pisləşməsi ilə bağlı xəbərdarlıq edilir.

Milli Meteoroloji Xidmət həftə sonu bəzi ştatlarda temperaturun -45 dərəcə Selsiyə düşəcəyi ilə bağlı xəbərdarlıq edib.

"Bu temperaturda bu böyüklükdə soyuq küləklər beş dəqiqədən az müddətdə donmaya səbəb olur və uzun müddət məruz qalma hipotermiya və ölümə səbəb ola bilər", - xəbərdarlıqda deyilir. /Report/