Qarqarçaya sel gəlib - VİDEO - FOTO
    • 16-06-2023, 11:54
    • 186

Qarqarçaya sel gəlib - VİDEO - FOTO

Qarqarçay çayına sel gəlib.

News24.az xəbər verir ki, Qarabağ ərazisində qeyri-sabit hava şəraiti gecə boyu davam edib.

Ağdam və ətraf rayonlarda şimşək çaxıb, ara bir leysan xarakterli yağış yağıb. Yağışlı hava şəraiti dağ və dağətəyi ərazilərdə intensiv və güclü olub.

Leysan yağışlar nəticəsində çaylarda sel təhlükəsi yaranıb. Hazırda Qarqarçay çayının Ağdam rayon ərazisindən keçən hissəsindən sel keçir.