İyrənc əməl: Qarabağda azyaşlı “döyüşçülər” hazırlanır – VİDEO
    • 22-06-2023, 18:07
    • 326

İyrənc əməl: Qarabağda azyaşlı “döyüşçülər” hazırlanır – VİDEO

Xankəndidəki separatçıların azyaşlıları silah növlərindən istifadəyə öyrətməsini əks etdirən kadrlar yayılıb.

News24.az
xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində paylaşımlar edilib.

Belə ki, bu işi əsasən VOMA kimi terror qrupları icra edirlər. Həmçinin Ruben Vardanyan və digər erməni iş adamları müvafiq uşaq düşərgələrini maliyyələşdirirlər.

Qarabağda separatçıların yaşadıqları ərazidə bu cür düşərgələrin sayının ən azı 10 olduğu bildirilir.

Ermənilər mümkün təxribatlarda bu uşaqları qurban verib, Azərbaycanı soyqırımda ittiham etməyi hədəfləyirlər./globalinfo/