Şəhid övladı beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş medal qazandı
    • 23-06-2023, 15:01
    • 251

Şəhid övladı beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş medal qazandı

Şəhid leytenant, baş kəşfiyyatçı Səmədov Elnurun övladı Səmədov Cahid ABŞ-nin olimpiadasında uğur qazanıb.

News24.az-a verilən məlumata görə, Cahid ABŞ-nin FISO Riyaziyyat Olimpiadasında uğurla iştirak edib. O, gümüş medal qazanaraq Dubayda keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıb. Cahid həmçinin SASMO beynəlxalq riyaziyyat olimpiadasında da yüksək nəticə göstərib. O yenidən gümüş medal qazanıb və Sinqapurda keçiriləcək növbəti mərhələyə vəsiqəyə qazanıb.

Xatırladaq ki, Elnur Səmədov 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində döyüşüb. O, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.