Keniyalı fəal: Ermənistanın metallurgiya zavodu görünməmiş ekoloji zərərə səbəb olacaq
    • 29-06-2023, 19:08
    • 226

Keniyalı fəal: Ermənistanın metallurgiya zavodu görünməmiş ekoloji zərərə səbəb olacaq

Ermənistanın Azərbaycanla sərhəddə tikintisini apardığı metallurgiya zavodu sərhədyanı bölgədə görünməmiş ekoloji zərərlərə səbəb olacaq.

News24.az​​​ xəbər verir ki, bunu APA-ya açıqlamasında keniyalı vətəndaş cəmiyyəti fəalı Stefen Anquva Şikoli deyib.


O, qeyd edib ki, dünyanın müxtəlif bölgələrində olan bu cür məsuliyyətsiz müəssisələrin, zavod və fabriklərin ekoloji fəsadları yalnız fəaliyyət göstərdikləri bölgələri əhatə etmir.

“Bu cür müəssisələrin fəsadları həm də qlobal iqlim dəyişikliyində hiss olunur. Təəssüf ki, dünyanın bir çox yerlərində, eləcə də Afrikada bu cür fabriklər mövcuddur. Zavodun tikintisinə ona görə qarşıyam ki, onun tullantıları geniş ekoloji zərərlərə səbəb olacaq, iqlim dəyişikliyinə töhfə verəcək. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq bu problem hər birimizi maraqlandırmalıdır. Ona görə də mən çayları, ətraf-mühiti çirkləndirəcək belə bir zavodun dünyanın hər hansı bir yerində tikintisinə qarşıyam. Yaxşı olardı ki, bu zavodun tikintisinə ayrılacaq vəsait məktəb və xəstəxanaların tikintisinə yönəldilsin”, - Stefen Anquva Şikoli deyib.