Martın 6-sı "Qu gölü" baletinin tamaşası olacaq
    • 27-02-2019, 12:26
    • 889

Martın 6-sı "Qu gölü" baletinin tamaşası olacaq

Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcəkdir. 

News24.Az bildirir ki, baletsevərlər tərəfindən hər dəfə böyük maraqla qarşılanan tamaşa 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaqdır.
Əsas rollarda balet truppasının  aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), Əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova, Kamran Qurbanov da iştirak edəcəklər.
Tanaşanın dirijoru  Azərbaycan Respublikasının Əməkdar artistləri, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.