Masazırda iki qadından 15 yaşlı qıza qarşı CİNAYƏT
    • 5-07-2023, 13:19
    • 200

Masazırda iki qadından 15 yaşlı qıza qarşı CİNAYƏT

Abşeron rayonu Masazır qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

News24.az əldə etdiyi məlumata görə, qəsəbə ərazisində 15 yaşlı Telli Mərdanovanın (ad və soyad şərtidir) mobil telefonu iki qadın tərəfindən alındən alınıb. Yeniyetmə qız telefonu əlindən alan şəxslərin adlarının Nigar və Zümrüd olduğunu deyib.

Polisə daxil olan müraciətlə bağlı araşdırma aparılır.

Taleh Bağırov