Peskovun xanımının Arşavinin zarafatına reaksiyası - VİDEO
    • 5-07-2023, 22:18
    • 461

Peskovun xanımının Arşavinin zarafatına reaksiyası - VİDEO

Futbol üzrə Rusiya yığmasının sabiq üzvü Andrey Arşavin Tatyana Navkanın aparıcı olduğu “Komanda” verilişində qonaq olub.

News24.az​​​ xəbər verir ki, sabiq hücumçu söhbət əsnasında aparıcı ilə əri – Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovla bağlı zarafat edib.

- Mən sizin ərinizi bəyənirəm… birincini. İkincini isə…

- Bəs ikincisi xoşunuza gəlmir?

- İkincisini hələ bilmirəm.

Navka cavab olaraq gülüb və “Uşaqlar, indi maraqlı proqramımız olacaq”, – deyə davam edib.

Qeyd edək ki, fiqurlu konkisürən 2000-2010-cu illərdə məşqçi Aleksandr Julinlə evli olub. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovla ailə həyatı qurub.