Balakəndə 4 ton narkotik tərkibli bitkilər məhv edildi
    • 6-07-2023, 12:46
    • 166

Balakəndə 4 ton narkotik tərkibli bitkilər məhv edildi

Balakən rayon polis şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Keçirilən tədbir zamanı Meşəşambul kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 681 kiloqram olan 4022 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.