Balakəndə 5 tondan artıq narkotik məhv edildi – Foto
    • 21-06-2023, 11:00
    • 216

Balakəndə 5 tondan artıq narkotik məhv edildi – Foto

Balakən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.