SOCAR-la “Qalatasaray” əməkdaşlıq müqaviləsi imzalayıb
    • 11-07-2023, 22:29
    • 389

SOCAR-la “Qalatasaray” əməkdaşlıq müqaviləsi imzalayıb

SOCAR və “Qalatasaray” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

News24.az xəbər verir ki, bu barədə İstanbul nəhəngi məlumat yayıb.

Tərəflər arasında anlaşma üç illik nəzərdə tutulub. Əməkdaşlıq 2023/24 mövsümündən qüvvəyə minəcək və komandanın bütün növlərinə şamil ediləcək. UEFA bayrağı altında keçirilən bütün yarışlarda “Qalatasaray” formasında SOCAR loqosu əks olunacaq.

Qeyd edək ki, Qalatasaray 23 dəfə Türkiyə çempionu olub.