Smart dayanacaqlarda kondisionerlər niyə işləmir? - VİDEO
    • 12-07-2023, 10:21
    • 312

Smart dayanacaqlarda kondisionerlər niyə işləmir? - VİDEO

Sakinlər  xüsusən yay aylarında smart dayanacaqları ümidlə gözləsələr də, təəssüf ki, ümidlər özünü doğrultmadı. Quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxmağa başladı. Bakının bir çox ərazisində smart tipli avtobus dayanacaqları quraşdırılsa da, sözügedən dayanacaqlarda kondisionerlər işləmir. 

News24.az xəbər verir ki, dayancaqların qapılarında sensor işləmir, qapılar açıq qalır. 

Mövzu ilə bağlı aidiyyatı qurumla əlaqə yaratmağa çalışdıq. Dəfələrlə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin münasibətini öyrənmək istəsək də, o, suallarımızı  cavabsız qoydu.