"Deyirlər, taksiya  ancaq elita minməlidir, bəs, toya gedən..." - Siyavuş Novruzov
    • 12-07-2023, 17:32
    • 294

"Deyirlər, taksiya ancaq elita minməlidir, bəs, toya gedən..." - Siyavuş Novruzov

Taksilərdə xidmət haqqı bahalaşıb. Dövlət Statistika Xidməti tərəfindən bildirilib ki, 2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib.

Deputat Siyavuş Novruzov News24.az-a mövzu ilə bağlı münasibət bildirib. 



“Qiymətlər elə tənzimlənməlidir ki, vətəndaşların aylıq gəlirləri taksidən istifadə etməsinə əngəl törətməsin. Bu mövzu ilə bağlı müxtəlif şərhlər səsləndirirdilər. Biri deyir taksidən elit təbəqə istifadə etməlidir, biri deyir, taksi hər kəs üçün əlçatan olmamalıdır və s. Bu, qətiyyən düzgün deyil. İnsan var harasa gecikir, işə tələsir, tədbirə və ya toya gedir, istər-istəməz vətəndaş taksi sifariş verməyə məcbur olur. Ona görə də qiymətlər insanların cibinə uyğun olmalıdır.  Başqa cür ola bilməz. Hesab edirəm ki, qiymətlər insanların aylıq gəlirlərinə uyğun şəkildə tənzimlənməlidir”,- deyə deputat yekunlaşdırıb. 

Arzu