Martın 6-da “İlin işgüzar xanımı” seçiləcək
    • 28-02-2019, 17:47
    • 1 548

Martın 6-da “İlin işgüzar xanımı” seçiləcək

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızının News24.az-a verdiyi məlumata görə, “Mətbuat firması”nın təsis etdiyi və martın 6-sı baş tutacaq tədbirdə 35-dən çox iş xanımı mükafat və hədiyyələrlə mükafatlandırılacaq. Tədbir “Romans Palace” restoranının VİP zalında keçiriləcək. Hər il olduğu kimi, tədbirdə millət vəkilləri, dövlət qulluqçuları, mədəniyyət, elm, təhsil, jurnalistika, televiziya və bir çox sahələrdə il ərzində uğur qazanmış qadınlar “İlin işgüzar xanımı” adına layiq görüləcək.  Gecənin aparıcısı və təşkilatçısı Sədaqət Rəşidqızı bu tədbirin də yüksək səviyyədə keçəcəyini və xanımlara əsl bayram əhval-ruhiyyəsində gözəl  proqram hazırlandığını qeyd edib. S.Rəşidqızı həmçinin təsis edilən mükafatınlandırmanın bayram ərəfəsində keçirilən ən nüfuzlu tədbirlərindən hesab olunduğunu bildirərək, mükafata layiq görülən xanımları öncədən təbrik edib. Qeyd edək ki, bundan öncə “İlin işgüzar xanımı” mükafatına layiq görülənlər arasında millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, Məlahət İbrahimqızı, Gövhər Baxşəliyeva, Jalə Əliyeva, Dilarə Cabrayılova, xalq artistləri Brilliant Dadaşova, Firəngiz Mütəllimova, əməkdar artistlər Sənubər İsgəndərli, Dilarə Əliyeva və başqaları da olub.