"İlin işgüzar xanım"ları MÜKAFATLANDIRILDILAR - FOTOLAR - VİDEO

"İlin işgüzar xanım"ları MÜKAFATLANDIRILDILAR - FOTOLAR - VİDEO
SOSİAL / Video / Foto

11-03-2020, 13:46

Mətn ölçüsü

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə ənənəvi olaraq "İlin işgüzar xanımı" Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbirin aparıcılıq missiyasını Sədaqət Rəşidqızı və Zabir Əliyev həyata keçiriblər. Tədbirdə il ərzində uğur qazanmış xanım millət vəkilləri, iş adamları, elm və təhsil sahəsində çalışan xanımlar, teleaparıcılar, jurnalistlər, dövlət qulluqçuları, gözəllik sahəsində fəaliyyət göstərən xanımlar mükafat və hədiyyələrlə təltif olunublar. 

Millət vəkili Qənirə Paşayeva, Xalq artisti Məleykə Əsədova, Əməkdar incəsənət xadimi Gülnarə Xəlilova, stilist Nigar İbrahimova, aparıcılar Samirə Rəhimova, İlhamiyyə Rza və digərləri "İlin işgüzar xanımı" mükafatına layiq görülüblər.

Mükafat alanlar sırasında News24.az saytının baş redaktoru Ülkər Qasımova da olub. 


Qeyd edək ki, tədbirin təşkilatçısı Sədaqət Rəşidqızıdır. Sözügedən mükafatlandırma mərasimi 14 ildir baş tutur. 

Sevda Bayramova
VİDEO: Fərid Şabanov

YouTube