İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradıldı
    • 13-07-2023, 16:08
    • 174

İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradıldı

AMEA Rəyasət Heyətinin qərarı ilə yeni yaradılan İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibi təsdiqlənib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Bildirilib ki, Şuranın sədrliyinə akademik Teymur Kərimli, sədr müavinliyinə professor Qəzənfər Paşayev, üzvlüyünə isə tanınmış türkoloq alimlər təsdiq olunublar.
Professor Qəzənfər Paşayevin məruzəsində irəli sürülən təkliflərin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının iş planında nəzərə alınmasına qərar verilib. Eyni zamanda, İraq-Türkman gənclərinin doktorantura təhsili almaları üçün münasib şərait yaradılacağı nəzərə çatdırılıb.