Metropoliten tədbirlər gördü — Keçidlər və girişlər nəzarətə götürüldü...
    • 17-07-2023, 15:11
    • 136

Metropoliten tədbirlər gördü — Keçidlər və girişlər nəzarətə götürüldü...

Qısamüddətli güclü yağışla əlaqədar "Bakı Metropoliteni" QSC-yə əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb.

News24.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Bildirilir ki, bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunaraq açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub. Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb. Gün ərzində nəzarət davam etdiriləcək