Əməkdar artisti döyməklə hədələyirlər
    • 1-03-2019, 13:10
    • 575

Əməkdar artisti döyməklə hədələyirlər

Əməkdar artist Məlahət döyülməklə təhdid olunur.

News24.az xəbər verir ki, bu haqda aktrisanın özü məlumat verib:

“Salam sevənlərim. Bu dəfə tamamilə başqa bir şey paylaşacağam. Bütün yaradıcılığım ərzində Azərbaycan əsərlərinin, teatrının tanıdılması üçün əlimdən gəlirsə edirəm.

Bu profildəki əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq, günlərdir mənə əxlaqsızca müsajlar göndərir. Məni döydürməklə təhdid edir.

Mənə yaraşmayacaq dərəcədə ona cavab verməyə çalışdım. Amma sakitləşmir. Tanıdığım biri deyil. Belə qadınlar Azərbaycan xanımı adına danışıq əxlaqı tərəfdən böyük ləkədir. Mən lazımı yerlərə şikayət edəcəyəm”.

Teymur MƏMMƏDOV