Bu ay çətin reylefli ərazidə 70 km-dən artıq təminat yolları bərpa edildi
    • 18-07-2023, 10:36
    • 101

Bu ay çətin reylefli ərazidə 70 km-dən artıq təminat yolları bərpa edildi

Mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.