“Əkinçi” Milli Mükafatının təqdimetmə mərasimi keçirildi - VİDEO/FOTO
    • 19-07-2023, 22:32
    • 293

“Əkinçi” Milli Mükafatının təqdimetmə mərasimi keçirildi - VİDEO/FOTO

Milli Mətbuatın yaranmasının 148-ci il dönümü münasibəti ilə  “Əkinçi” mükafatının təqdim etmə mərasimi keçirilib. 

News24.az xəbər verir ki, mükafatlandırma mərasimində il ərzində mətbuatda fərqlənən jurnalistlər, mətbuat nümayəndələri, mükafatlandırılıblar. Təltif olunanlar sırasında News24.az xəbər portalı da var. News24.az il ərzində göstərdiyi fəaliyyətinə görə “Əkinçi” Milli Mükafatına layiq görülüb. Mükafat News24.az-ın baş redaktoru, "Liatris Holding" in direktor müavini Tural Müseyibova təqdim edilib. 

"Bütün həmkarlarımı təbrik edirəm. Jurnalistika elə bir sahədir ki, fədakarlıq, peşəkarlıq tələb edir. Bu sahədə məhrumiyyətləri də gözə almağı bacarmalısan. Çox az bir müddətdə News24.az komandası olaraq biz də fədakarlıq göstərərək uğurlara imza atırıq və atacağıq da. "Liatris Holding" in nəznində fəaliyyət göstərən media qruplarının tərkibində çalışan media nümayəndələrini, bütün həmkarlarımı təbrik edirəm".  

Eyni zamanda öz sahəsində fəaliyyəti ilə seçilənlərə, mətbuat xidmətlərinin, televiziya kanallarının rəhbərləri və media nümayəndələrinə “Əkinçi” milli mükafatı, həmçinin Vətən müharibəsində şücaəti ilə fərqlənən bir neçə qaziyə mükafat təqdim olunub. Mükafat alanlar sırasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Nərminə Qafarlı da var. 

Mükafata layiq görülən detektiv yazıçı Müşfiq Abbasov qeyd edib ki, Azərbaycan jurnalistikasını azad görmək sevindirici haldır: "Mən də bir qələm adamı kimi "Əkinçi" Millİ Mükafatına layiq görüldüm. Bundan çox məmnunam. Arzum odur ki, Azərbaycan xalqının gələcəyini xoş, firavan, Azərbaycan jurnalistikasını isə qərəzdən kənar, obyektiv görməkdir. Qoy, mətbuatımızın  qələmi hər zaman iti, sözləri kəsərli olsun. Sözünə, peşəsinə vicdanla yanaşan jurnalistlərin sayı daha da çox olsun. Bu ada layiq olan bütün jurnalistləri təbrik edirəm".

Qeyd edək ki, mükafatlandırma mərasimi  “Bakı Gənclər Mərkəzi” və “EMEDIA GROUP” media təşkilatınn dəstəyi ilə təşkil olunub.